Suraxanı rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Bacarıqlı əllər" adlı əl işləri və rəsm sərgisi açılıb.

Çıxışlarda Ulu öndərin dövlət müstəqilliyimizin qorunub saxlanılması, müasir inkişafımızın möhkəm təməllərinin qoyulması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılmasında misilsiz xidmətlərindən danışılıb, dahi siyasətçinin yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Sonda tədbir iştirakçıları vətənpərvərlik mövzusunda, müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış olublar.