İyulun 21-də Mədəniyyət Nazirliyində nazirliyin mətbu nəşrləri – “Mədəniyyət” qəzeti və “Mədəniyyət/Culture” jurnalının kollektivləri ilə görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli 22 iyul – Milli Mətbuat Günü münasibətilə hər iki redaksiyanın kollektivinə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Müasir dövrdə medianın cəmiyyətdə, ölkə həyatında mühüm rolundan söz açan nazir mədəniyyət sahəsində fəaliyyətin, həyata keçirilən işlərin dolğun şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Mədəniyyət Nazirliyinin rəhbər heyətinin iştirakı ilə keçirilən görüşün sonunda hər iki redaksiyanın əməkdaşlarına nazirliyin fəxri fərmanları təqdim olunub, xatirə şəkli çəkdirilib.