F.Köçərli adına Respublika Uşaq Kitabxanası iyulun 18-də 1 nömrəli Körpələr evinin  balacaları ilə yazıçı Fatimə Alxazla (Yusifova) görüşünü təşkil edib.

Fatimə Alxaz autizm sindromu ilə bağlı real həyat hadisələri əsasında “Adını bilməyən oğlan” adlı hekayə kitabını yazıb. O həmçinin məktəbəqədər uşaqlar üçün “Əyləncəli məntiq”, “Əyləncəli əlifba”, “Əyləncəli riyaziyyat”, “Məntiq və riyaziyyat”, ibtidai siniflər üçün “Azərbaycan dili qaydaları”, “Riyaziyyat qaydaları”, “Atalar sözü hekayələrlə”, “Avtomobildə 30 oyun” və s. kitabların müəllifi, bir çox kitabların tərcüməçisi və redaktorudur.

Əvvəlcə kitabxana əməkdaşı balacaları kiçik oxu zalında səsli, pazıllı, oyuncaqlı və digər maraqlı kitablarla tanış edib. Sonra yazıçı balacalar üçün maraqlı, ibrətamiz məzmunlu nağıllar oxuyub.

Sonda kiçikyaşlı oxuculara kitabxananın “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.