Bakıdakı Xətai Sənət Mərkəzi naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə mərkəzdə “Etüd əsərlər guşəsi” yaradıb.

Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, indiyədək Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə etüd yönlü müxtəlif tədbirlər həyata keçiriblər. Mərkəzdə ayrı-ayrı zamanlarda rəssamlardan əldə edilən etüd əsərləri toplanıb. Onların bir hissəsi guşədə sərgilənir.

Hər bir rəssam guşəyə özünün etüd əsərini təklif edə bilər və hər kəs bu əsərdən bəyəndiyini əldə edə bilər. Etüd əsərlər guşəsi və etüd əsərlər haqda yenilikləri Xətai Sənət Mərkəzinin media hesabları üzərindən izləmək mümkün olacaq.