Növbəti bölüm İstanbulda çəkiləcək

 

Hollivud ulduzu Tom Kruzun baş rolda oynadığı “Mümkün olmayan missiya” (“Mission: Impossible”) serialından “Ölümcül hesablaşma” (“Dead Reckoning”) filminin ikinci hissəsinin bəzi fraqmentləri İstanbulda çəkiləcək. İstanbula gələn çəkiliş qrupu şəhərin məşhur “Kapalıçarşı” ticarət mərkəzində olub.

Amerikalı ssenarist, rejissor və prodüser Kristofer Makquarri komandası ilə birlikdə burada mümkün çəkiliş yerlərinə baxıb.

Qeyd edək ki, yeni film “Mümkün olmayan missiya...” kino serialının sayca 8-ci bölümü olacaq. İndiyədək bu filmlərin üçünü Kristofer Makquarri çəkib.

İstanbulun məşhur bazarı bundan öncə də xarici kinematoqrafçıların diqqətində olub. O cümlədən “Agent 007” silsiləsindən filmlərin də bəzi səhnələri vaxtilə “Kapalıçarşı”da çəkilib.