1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Bu münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqədar Azərbaycanın görkəmli şəxslərinin fikirləri, və fərman və sərəncamlar, kitablar nümayiş olunur.

Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirib.

Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ümummilli lider Heydər Əliyev 2001-ci il avqust ayının 9-da fərman imzalayıb. Bu fərmanla hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Virtual sərgi ilə ətraflı tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.