Bu il 2 avqust – Azərbaycan Kinosu Günü milli kinematoqrafiya üçün əlamətdar yubileylərlə müşayiət olunur.
2023-cü il Azərbaycanda kinonun yaranmasının 125 illiyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının isə 100 illiyidir. Yubileylər ilində Azərbaycan Kinosu Günü münasibətilə kinosevərlər üçün iki aksiya təşkil edilib.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə avqustun 2-dən 9-dək ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi həyata keçirilir.
Azərbaycan Kinosu Günü münasibətilə həmçinin kinoteatrlarda “Azərbaycanfilm”in istehsalı olan filmlərin retrospektivi təşkil edilib. Aksiya çərçivəsində milli filmləri izləmək üçün kinoteatrlara giriş sərbəstdir.