Azərbaycan Kinosu Günü (2 avqust) bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Azərbaycanda kino sənəti" adlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycanda kino sənətinin tarixi inkişafı, filmlərimizin mədəni irsimizin qorunması, təbliğində əhəmiyyətini vurğulayıb, bu sahəyə dövlətin diqqət və qayğısından söz açıblar.

Tədbirin sonunda milli kinomuza həsr edilmiş sərgiyə baxış olub.


***


Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Kinosu Günü ilə əlaqədar tədbir keçirilib.

Muzeyin direktoru Gülzar İsmayılova zəngin tarixə malik Azərbaycan kinosu haqqında məlumat verib. Dövlət tərəfindən kino sahəsinin də inkişafına diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb.

Sonra rejissor Elxan Cəfərovun Birinci Qarabağ müharibəsi haqqında “Dolu” (2012) filmi nümayiş olunub.

Sonda rejissor Əliqulu Səmədovun çəkdiyi filmlərin fotolarından ibarət sərgi nümayiş etdirilib.

Nurəddin