Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” adllı yeni nağıl kitabı çapdan çıxıb. Kitabın redaktoru yazıçı və tərcüməçi Əyyub Qiyas, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, rəssamı isə müəllif özüdür.

Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan kitab “Tutuquşu Cimi”, “Uçan mələfə”, “Bağça uşaqları zooparka gedir”, “Qızıl ilan” əməliyyatı” və “Uşaqlar sirkdə” adlı bir-birindən maraqlı beş hissədən ibarətdir. Əsər uşaq bağçasına gedən beşyaşlı dəcəl bir oğlanın başına gələn qeyri-adi sərgüzəştlərdən və əyləncəli hadisələrdən bəhs edir.

Müəllifin süjetlərə uyğun çəkdiyi rəngarəng və cəlbedici illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə kömək edir.