Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı rayonunun 8 avqust 1930-cu ildə Azərbaycanın inzibati xəritəsinə daxil edilməsinə həsr olunan “Qədim tarixi və zəngin təbiəti olan Masallı” mövzusunda tədbir keçirilib.

Masallı Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, gənclər və mədəniyyət işçiləri iştirak edib.

Əvvəlcə Ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Masallı rayonunun yaranma tarixindən və füsunkar təbiətindən bəhs edilib.

Sonra qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidovun Masallı təbiətini əks etdirən rəsm əsərlərindən ibarət sərgisinə baxış olub.

Sonda qonaqlar Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

Nurəddin