Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Kitabxananın əməkdaşları Şəmsurə Nəsirova və Rasif Dadaşov sənətkarın həyatı və yaradıcılıq fəaliyyətindən, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıblar.

Qeyd edilib ki, 1964-cü ildən 1980-ci ilədək Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov bu səhnədə yaddaqalan tamaşalar hazırlamaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük xidmətlər göstərib. Onun quruluş verdiyi V.Şekspirin “Hamlet”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın”, M.S.Ordubadinin “Qılınc və qələm”, Ə.Haqverdiyevin “Pəri cadu” və digər səhnə əsərləri Azərbaycan teatr salnaməsində xüsusi yer tutur.

Nurəddin