Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində (RMİ) müasir Gəncə ədəbi mühitinin tanınmış nümayəndələrin şair Zaur Quliyevlə görüş keçirilib.

Avqustun 15-də təşkil olunan görüşdə RMİ-nin rəisi vəzifəsini icra edən Pərvin Kazımov qədim ənənələrə söykənən Gəncə ədəbi mühiti nümayəndələrinin yaradıcılıqları ilə oxucuları sevindirdiyini bildirib. Qeyd olunub ki, 18 pyes və 300-dən çox şeirin müəllifi olan şairin 11 kitabı işıq üzü görüb.

Pərviz Kazımov şairə yaradıcılıq uğurları arzulayıb.

Daha sonra mədəniyyət sahəsində 50 illik fəaliyyətinə görə şair Zaur Quliyevə Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim olunub.