Vaxtilə yunan filosofu Diogen (eramızdan əvvəl IV əsr) saxsı çəlləkdə yaşamağı ilə ad çıxarmışdı. Antik dövrün mütəfəkkiri bununla asketizmi – həyat nemətlərindən əl çəkərək tərki-dünyalıqla mənəvi cəhətdən kamilləşməyi təlqin edirdi. Sonralar isə “Diogen çəlləyi” ifadəsi kasıbyana daxmanın məcazı kimi işlənməyə başlandı...
İndi isə çəllək formalı ev müasir dizayn və komfort nümunəsi olub.
İngiltərədə orijinal mənzilə sahib olmaq istəyən sakinlər üçün dizayn üçün müsabiqə təşkil edilib.
Müsabiqədə şərab çəlləyinə bənzəyən və fantastik mənzərələrlə əhatə olunmuş malikanə tikməyi təklif edən Londonun “Birds Portchmouth Russum Architects” şirkəti qalib gəlib. Malikanənin dizaynı mənzərəli bir təbiət guşəsində qurulmuş sadə həndəsi formalardan ibarətdir.