Xaçmaz Heydər Əliyev Mərkəzində rayon gənclərindən ibarət “FAT’s” rok qrupunun konsert proqramı təşkil edilib.

Konsert proqramı Quba-Xaçmaz RMİ, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi Xaçmaz bölməsinin təşkilati dəstəyi ilə gerçəkləşib.

Konsertdə rok qrupunun ifasında yerli və xarici mahnılar səsləndirilib. Musiqi axşamı tamaşaçılar tərəfində maraqla qarşılanıb.

Nurəddin