Qırğızıstanın tanınmış kinorejissoru Aktan Arım Kubat Fransanın “İncəsənət və Ədəbiyyat” ordeninə layiq görülüb.

“İncəsənət və Ədəbiyyat” ordeni 1957-ci ildə Fransa Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib. Bu ordenlə bədii və ədəbi yaradıcılıq sahəsində böyük nailiyyətlərə imza atmış, yaxud Fransada və dünyada incəsənətin və ədəbiyyatın təbliğinə böyük töhfələr vermiş şəxslər təltif olunurlar. Ordenin təqdimat mərasimi bu ilin payızında baş tutacaq.

Qırğız rejissorun “Beşkempir”, “Meymun”, “Nurlu qardaş”, “Kentavr”, “Yadımdadır” filmləri Fransa kinematoqrafçıları ilə birlikdə istehsal olunub. “Meymun” filmi Kann kinofestivalının “Xüsusi baxış” rəsmi proqramında iştirak etdikdən sonra Aktan Arım Kubat Avropa Kino Akademiyasına üzv seçilib. “Nurlu qardaş” filmi də Kann festivalının iştirakçısı olub.

Ümumilikdə Aktan Arım Kubatın bütün filmləri Fransa kinoteatrlarında uğurla nümayiş olunub.

Gülcahan