Fransalı turist İtaliyada çimərlikdən çınqıl oğurlayıb

 

İtaliyanın Sardiniya adasında istirahətdən ölkəsinə qayıdan fransalı turisti sərhəddə gömrük işçiləri qeyri-adi yükünə görə saxlayıblar.

Məlum olub ki, fransalı qonaq istirahət zamanı Porto-Konte təbiət parkı ərazisindəki çimərlikdən 41 kiloqrama yaxın xırda daş və çınqıl toplayıb və onu mühafizə olunan çimərlik ərazisindən gizli çıxarıb.

Yerli qanunvericiliyə əsasən, Sardiniya çimərliklərindən çınqıl, qum və balıqqulağı toplamaq qadağandır.

Fransalı turistin Sardiniyada istirahəti də ona baha başa gəlib. O, ölkədən qanunsuz çıxarmaq istədiyi 41 kilo daş və çınqıla görə 3 min avro cərimə olunub.