Ekzoplanetdə həyat əlaməti aşkar edilib...

 

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası – NASA “James Webb” kosmik teleskopu vasitəsilə Yer kürəsindən 8,6 dəfə böyük olan “K2-18 b” ekzoplanetində (Günəş sisteminin hüdudlarından kənarda olan planet) apardığı yeni araşdırma zamanı metan və karbon dioksid də daxil olmaqla, karbon daşıyan molekulların mövcudluğunu ortaya çıxarıb.

“James Webb” kosmik teleskopunun yeni kəşfi “K2-18 b” planetinin hidrogenlə zəngin atmosferə və su okeanı ilə örtülmüş səthə sahib olmaq potensialına malik olan “Hikean” ekzoplaneti ola biləcəyini göstərən son araşdırmaları təsdiq edir. Yaşayış üçün əlverişli zona olan bu ekzoplanetin atmosfer xüsusiyyətlərinə dair ilk fikir NASA-nın bundan öncəki “Hubble” kosmik teleskopu ilə aparılmış müşahidələr zamanı ortaya çıxıb. “K2-18 b” Yerdən 120 işıq ili uzaqlıqda, Şir bürcündə yerləşir və “K2-18” ulduzu ətrafında dövr edir.