Rejissor Martin Skorsezenin çəkdiyi və baş rolda Hollivud ulduzları Robert de Niro və Leonardo di Kaprionun yer aldığı “Ay çiçəyi qatilləri” filminin kütləvi nümayişi oktyabrın 20-dən başlayacaq.

Qeyd edək ki, filmdə yer alan hadisələr ötən əsrin 20-ci illərində Amerikada, Oklahoma ştatında baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ Federal Təhlükəsizlik Bürosunun  detektivləri tərəfindən araşdırılır...