Lənkəran Dövlət Dram Teatrı “Uçan səhnə” tamaşası ilə rayonun Biləsər kəndində çıxış edib.
“Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunan tamaşanın nümayişi bu dəfə “Azərsun Holding”in dəstəyi ilə gerçəkləşib.
Teatrın kollektivi uşaqlara “Uçan səhnə” ilə unudulmaz anlar yaşadıb. Sonda balaca tamaşaçılara hədiyyələr paylanılıb.
Uşaqlarla maraqlı oyunlar və əyləncəli yarışlar keçirən “Azərsun Holding”in əməkdaşları da öz növbəsində onlara hədiyyələr və məktəb ləvazimatı bağışlayıb.
Layihə növbəti aylarda regionun digər ucqar kəndlərində da davam etdiriləcək.