Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) nəzəri biliklərin peşəkar vərdişlərlə əlaqələndirilməsi tələbi hər zaman aktuallığını qoruyub saxlayır. Təsadüfi deyil ki, ATMU və müvafiq sənaye müəssisələri arasında daim genişlənən əməkdaşlıq əlaqələri nəticəsində universitetdə vaxtaşırı təlim və tədbirlər təşkil edilir.

ATMU-dan bildirilib ki, Karyera və kommunikasiya şöbəsi, Tələbə Gənclər Təşkilatı (TGT) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı çərçivəsində universitetin turizm bələdçisi ixtisası üzrə təhsil alan tələbələri “İçərişəhər” Qoruğunda olublar. Ekskursiya iştirakçıları Qoşa Qala qapısı, Yeraltı Hamam Kompleksi (giriş), Qala divarları, Dördbucaqlı Qala, Sənətkar emalatxanası, Şirvanşahlar Sarayı Kompleksi (giriş), Miniatür Kitab Muzeyi, Ağa Mikayıl hamamı, Qasım bəy hamamı, Marionet teatrı, Kiçik Karvansaray (Art Garden), İkimərtəbəli karvansaray (Muğam Klub), Cümə məscidi, Qız Qalası, Sıratağlı Dini Memarlıq Kompleksi, Hacı Bani hamamı (ABAD), “Multanı” və “Buxara” karvansarayları, Zəncirli bina (Bakı Fotoqrafiya evi ), Bakı xanlarının sarayı, Xan bağı və “Dastan Showroom”u ziyarət ediblər.

ATMU tələbələri ekskursiya və təlim formatında təşkil olunan tədbirdə qoruğun bələdçiləri Seyid Tağıyev və İlhamə Kazımovanın apardıqları ixtisas təlimindən bəhrələniblər.