Böyük Britaniya Təhsil Nazirliyi tərəfindən...

 

Böyük Britaniyanın təhsil naziri Cillian Kiqan İngiltərə məktəblərində mobil telefonların qadağan olunmasını tövsiyə edib. Təhsil Nazirliyinin dərc etdiyi kommünikeyə əsasən, bu tədbir destruktiv davranışla mübarizəyə kömək göstərəcək və məktəblilərin diqqətini təhsilə cəlb edəcək.

Mobil telefonlardan istifadənin bütün dərs günü ərzində, o cümlədən tənəffüslərdə də qadağan edilməsi təklif olunur. Əgər məktəblər bu tövsiyəyə əməl etməsələr, hökumət qadağanın məcbur edilməsi barədə qanunverici aktı müzakirəyə çıxaracaq.

Böyük Britaniya hökumətinin məlumatına görə, hər üç məktəblidən biri dərslərdə mobil telefonlardan istifadə edir.

Qeyd edək ki, smartfonların məktəblərdə istifadəsinin tədrisə mənfi təsiri nəzərə alınaraq bir sıra ölkələrdə (Fransa, İtaliya, Portuqaliya) analoji qadağalar qüvvəyə minib.