Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da bununla bağlı sərəncam imzalayıb.
Mərkəz Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işinin genişləndirilməsi məqsədilə yaradılır.