Milli İncəsənət Muzeyində sərgi

 

5-20 oktyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin SAKÜDER –Beynəlxalq İncəsənət və Sənət Ustaları Birliyinin “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgisi keçirilir.

Sərgi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunub.

Sərgidə Türkiyədən 19 rəssam, o cümlədən Asim Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas və Mustafa Pişkin öz əsərlərini nümayiş etdirirlər. Həmçinin Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun və nəqqaş Anar Hüseynovun əsərləri də təqdim olunur.

Qeyd edək ki, ziyarətçilər hər bir rəsm əsəri ilə bağlı etiketdəki QR kodla müəlliflər haqqında ətraflı məlumat əldə edə bilirlər.

SAKÜDER-in əsas məqsədlərindən biri Atatürkün vəsiyyət etdiyi mədəni irsi gələcək nəsillərə ötürmək, rəssamlarla tanış etmək və sənətsevərlərin diqqətini onların əsərlərinə cəlb etməkdir.