Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub.
Konsertdə dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin müşayiəti altında solistlər - Xalq artisti Teyyub Aslanov (xanəndə), Əməkdar artist Zakir Əliyev (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatları Rəvanə Qurbanova (xanəndə), Taleh Yəhyayev (bariton), Natavan Həsənova (qanun), Mədinə Şahgəldiyeva (kamança), Fariz Hüseynov (kamança), Hikmət Qasımov (zurna), Seymur Mürsəlov (tar), Nərgiz Mütəllibova (fleyta) və İlkanə Cəfərova (qanun) çıxış ediblər.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.