Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılıb.
“Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı fotosərgi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Geologiya, Neft və Qaz Muzeyi tərəfindən təşkil olunub.
Açılışda çıxış edən pavilyonun direktoru Səadət Qədirova vurğulayıb ki, xeyriyyəçi və neft maqnatı Hacı Zeynalabdin Tağıyevin şəxsiyyəti ən böyük diqqətə layiqdir. “Hacı Zeynalabdin Tağıyev öz sərvətini böyük humanitar layihələrə xərcləyirdi. Bu layihələr həm Azərbaycana, həm də Rusiyaya həsr olunmuşdu. O, azərbaycanlı qızların təhsil almasına xüsusi diqqət yetirirdi və onlar üçün Bakıda məktəb inşa etdirmişdi”, – deyə o bildirib.
Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunur. Sərginin qonaqları habelə bu görkəmli sənayeçi və xeyriyyəçinin tərcümeyi-halı Azərbaycanın neft sənayesinin tarixi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.