Belçikanın paytaxtı Brüsseldəki “GNF” rəsm qalereyasında “Abşeronun gözəllikləri” incəsənət sərgisinin açılışı olub. Müxtəlif ölkələrdə yaşayan səkkiz azərbaycanlı sənətkarın heykəltaraşlıq və rəsm əsərləri, dizayn işləri sənətsevənlərə nümayiş olunub.
“POkNART Consulting” (Aglaia Ponomareva) və Qlobal Proqressiv Strategiya İnstitutunun (Inesa Ciornii) birgə təşkil etdiyi sərgi ölkəmizin Belçikadakı səfirliyi tərəfindən dəstəklənib.
Noyabrın 10-dək davam edəcək sərgidə Bavera Əliyeva, Zümrüd Zeynallı, Aynur Qasımova, Sevinc Kərimova, Marina Lysova, Anar Hüseynzadə, Rəfail Əliyev və Emin Qəhrəmanovun əsərləri nümayiş olunacaq.