2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşa şəhəri 13-14 oktyabr tarixlərində bu statusda növbəti mötəbər tədbirlərə ev sahibliyi edir.

Oktyabrın 13-də Şuşada I Türk Dünyası Mədəniyyət Forumu işə başlayır. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş forum Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. İki gün davam edəcək tədbirə TÜRKSOY-a üzv ölkələrdən qonaqlar, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, ekspertlər qatılıb.

Şuşada həmçinin TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək. Toplantıda ənənəvi olaraq TÜRKSOY-un ötən bir ildə gördüyü işlər müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul ediləcək. “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Şuşa şəhərindən Türkmənistanın Anev şəhərinə keçəcək.