F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın 13-də Bakı Kitab Mərkəzində eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün növbəti "Oxu saatı" keçirilib.
Tədbirin qonağı şairə, musiqiçi, aktrisa, Azərbaycan Uşaq Fondunun sədr müavini Zəhra Bədəlbəyli olub. Onun “Qarabağ şahzadəsi və göydən düşən nağıllar” kitabından oxuduğu nağıl və hekayələri sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət” təşkilatının təlimçisi Könül Quliyeva çevirib.
Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha dolğun inteqrasiyasına, onların özlərini inkişaf etdirməsinə, sosial reabilitasiyasına köməklik etməkdir.