Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri 29 sentyabr – 8 oktyabr tarixlərində Qazaxıstan və İtaliyanın təşkilatçılığı ilə onlayn keçirilən "Dolce Musica" IV Beynəlxalq vokal-instrumental müsabiqəsində uğurla çıxış ediblər.
Müsabiqədə məktəbin V sinif şagirdi Fuad Abbaszadə (müəllim L.Əhədova) fortepiano solo nominasiyasında V.Fomenkonun "Böyük caz orkestri" əsəri ilə çıxış edərək 1-ci dərəcəli laureat adına, VII sinif şagirdi Nuray Əhədzadə və Ləman Əhədova fortepiano duet, müəllim və şagird nominasiyasında A.Sfasmanın "Qar dənəcikləri" əsəri ilə çıxış edərək Qran-pri mükafatına layiq görülüblər.