Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM)  təşəbbüsü və layihəsi ilə “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dildə (Azərbaycan, özbək, türk, ingilis, rus) ensiklopedik nəşr və Şuşaya aid poçt markası hazırlanıb. Kitab Azərbaycan Mədəniyyət Nazirliyi ilə AMM-in birgə layihəsi əsasında çap olunub.

Oktyabrın 13-də Şuşada keçirilən I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində nəşrin və markanın təqdimatı olub.

Təqdimatda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin deputatı akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı və Özbəkistandakı Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov çıxış ediblər.

Samir Abbasov bildirib ki, kitabın hazırlanmasında məqsəd Türk dünyasının mədəniyyət paytaxtı Şus­̧a şəhəri haqqında məlumatları bir mənbədə toplamaq və müxtəlif dillərdə oxuculara təqdim etməkdir. Nəşrdə Şus­̧anın keçmis­̧i, işg­̆aldan əvvəlki dövrü ilə yanaşı, onun azad olunmasından sonrakı dövrünə aid məlumatlar da yer alıb.

Daşkənddəki “Niso Poligraf” nəşriyyatında işıq üzü görən nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında vacib faktlar, şəhərin tarixi, mədəni irsi, ədəbi mühiti, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimai həyatı, iqtisadiyyatı, abidələri, tikililəri, təbiəti, turizm məkanları, azad Şuşada aparılan quruculuq işlərinə dair məlumatlar, fotoşəkillər yer alıb. Şuşada keçirilən beynəlxalq və yerli tədbirlər, habelə Özbəkistanda və Türkiyədə Şuşa ilə bağlı reallaşdırılan layihələr də nəşrdə əksini tapıb.

Nəşrdə qeyd olunur ki, 2022-ci ildə “Şuşa İli” və 2023-cü ildə Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına AMM bir sıra layihələr həyata keçirib. XIX əsrdə Şus­̧ada fəaliyyət göstərmiş “Məclisi-fəramus­̧an” poeziya məclisi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və iki ölkənin gənc şairlərinin iştirakı ilə yenidən bərpa edilib, Şus­̧a şəhər kitabxanası ilə Özbəkistanın Turon kitabxanası arasında “qardaş kitabxanalar” haqqında müqavilə imzalanıb, Turon kitabxanasında “Şus­̧a gus­̧əsi” yaradılıb, Termiz Dövlət Universitetində “Xurs­̧idbanu Natəvan adına Azərbaycan mərkəzi” fəaliyyətə başlayıb, Natəvanın şeirləri özbək dilinə tərcümə və nəşr edilib. Bundan əlavə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə “Özbəkistanda Şus­̧a günləri” adlı silsilə tədbirlər keçirilib, Özbəkistan səhnələrində müsəlman Şərqində ilk operanın mu­̈əllifi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsertlər təşkil edilib, Azərbaycanın Şus­̧a və Özbəkistanın Xivə şəhərlərinin qardaşlaşması layihəsi reallas­̧ıb.

Tədbirdə AMM-in layihəsi ilə hazırlanan poçt markası barədə də məlumat verilib. Poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, tanınmış şuşalıları, milli musiqi alətlərimizi (qaval, tar, kaman) əks etdirən elementlər, habelə Qarabağın, Şuşanın və tarixi Zəfərin simvolu olan xarıbülbül çiçəyinin rəsmi əksini tapıb.

Markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən dövriyyəyə buraxılması nəzərdə tutulub.

Çıxış edən natiqlər hər iki layihəni yüksək dəyərləndirib və bu işdə əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər.