Milli Kitabxanada “Füzuli Şəhəri Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, kitab və məqalələr, ənənəvi sərgidə isə Füzuli şəhərinin toponimiyasını, tarixini, memarlıq abidələrini, Azərbaycanda erməni-daşnak terrorunun xronologiyasını, eləcə də Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondundan kitablar və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcəkdir.