150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünyaşöhrətli Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının “Yalnız özümçün yazıram...” sərlövhəli müsahibəsi ilə başlayan kitaba “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Qarşılıqlı razılaşma”, “Eddi ilә görüş”, “Yeniyetmәlәr”, “Eleyn”, “Çәllәkdә siyәnәklәr”, “Yad adam”, “Lәnәtә gәlmiş qırx birinci il”, “Domye-Smitin mavi mövsümü”, “Teddi” kimi məşhur hekayələri və qızı Marqaret Selincerin atası haqqında yazdığı “Xәyallarda uçurumdan qoruyan” memuarı daxil edilib.
Əsərləri Azərbaycan dilinə tanınmış bədii tərcümə ustası mərhum Tehran Vәliyev, Nəriman Əbdülrəhmanlı və Rәbiqә Nazimqızı tərcümə ediblər.