Oktyabrın 18-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və Binəqədi rayon 143 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin müəllimi Azadə Yusifova müstəqilliyimizə gedən yolun çətinliklərindən bəhs edib. Qeyd olunub ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovet  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub.
Diqqətə çatdırılıb ki, “Müstəqillik Günü” haqqında Azərbaycan Respublikasının Qanununa (15 oktyabr 2021-ci il) əsasən, 18 oktyabr Müstəqilliyin Bərpası Günü elan edilib.

Sonra müstəqilliyimizin tarixi haqqında videoçarx nümayiş olunub.

Şagirdlər vətənsevərlik ruhunda şeirlər səsləndirilib. Sonda tədbir iştirakçıları mövzu ilə bağlı kitab sərgisinə baxıblar.