17-18 oktyabr tarixlərində Pekində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü üzrə üçüncü forumda yüzdən çox ölkə təmsil olunub.

Forum çərçivəsində keçirilən biznes-konfransın iştirakçıları ümumilikdə 97,2 milyard dollarlıq sazişlər imzalayıblar.

Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, ölkəsi “Bir kəmər, bir yol” təşəbbüsü üzrə “yaşıl” infrastruktur, “yaşıl” energetika və “yaşıl” nəqliyyat kimi sahələrdə əməkdaşlığı dərinləşdirməyə davam edəcək.

Qeyd edək ki, Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü tarixi İpək Yolunun dirçəldilməsi istiqamətində əsas marşrut (“Orta dəhliz”) sayılır. Azərbaycan da  “Bir kəmər, bir yol” təşəbbüsünün iştirakçısıdır.