Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Mənim düşüncəm” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub.
Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqəyə 9-21 yaş arasında 800-dən çox uşaq, yeniyetmə və gənc ümumilikdə 1200-ə qədər əsər təqdim edib.
17-18 oktyabr tarixlərində Xətai Sənət Mərkəzində müsabiqənin sərgiləri təşkil olunub. Ümumilikdə 260-a yaxın əsər sərgilənib.
Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor əvəzi Gülşən Qəribli, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Turan Cəfərova, Xətai uşaq yaradıcılıq studiyasının müəllimi Gündüz Həbibov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edib, müsabiqə və sərgi barədə fikirlərini bölüşüblər.
Əsəri sərgilənən iştirakçılar sertifikatla, fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olunublar.