Oktyabrın 31-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonunda “Mstislav Rostropoviçə ithaf” adlı konsert proqramı təqdim olunacaq.

Y.F.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrinin, A.V.Sveşnikov adına Dövlət Akademik Rus Xorunun və A.A.Yurlov adına Rusiya Dövlət Akademik Xor Kapellasının iştirak edəcəyi konsertdə O.Respiginin “Roma fəvvarələri” və “Roma şamları” simfonik poemaları, S.Raxmaninovun solistlər, qarışıq xor və simfonik orkestr üçün “Zənglər” poeması səslənəcək. Soprano, tenor və bariton səslər üçün bəstələnmiş poemada bariton səs üçün nəzərdə tutulan hissəni Rusiya Böyük Teatrının solisti, Azərbaycanın Xalq artisti Elçin Əzizov ifa edəcək.

Konserti İtaliyadan dəvət edilmiş dirijor Françesko Ommassini idarə edəcək.

Gülcahan