Yazıçılar Birliyinin nəşri olan "Ulduz" ədəbiyyat dərgisinin 650-ci sayı işıq üzü görüb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn nömrənin devizi "Yeni nəsil poeziya"dır. Buraxılışın məsul redaktoru və ön sözün müəllifi şair Ramil Əhməddir.

Dərgidə 35 yaşa qədər olan 28 müəllifin – Aqşin Evrən, Aygün Bayramlı, Arzu Hüseyn, Allahşükür Ağa, qazi şair Cavid Qasımov, Cahan Seyidzadə, Eminquey, Əlibala, Fərid Hüseyn, Furqan Sadıq, Gülay Tahirli, Günel Şamilqızı, Habil Rzanur, Həsən Kür, İntiqam Yaşar, Malik Atilay, Nadir Yalçın, Nizami Bayramlı, Ramil Əhməd, Rəvan Cavid, Ruslan Dost Əli, Ruzbeh Məmməd, Səddam Laçın, Sərdar Amin, Şəhriyar del Geranin, Şəfa Vəli, Şahanə Muşfiq və Ulucay Akif şeirləri yer alıb.

"Dərgidə kitab" rubrikasında Sergey Lukyanenkonun "Çin alışdırıcıları satan qızcığaz" hekayəsi (tərcümə: Seyfəddin Hüseynli), "Dərgidə sərgi" rubrikasında rəssam Yaşar Səmədovun əsərləri təqdim edilir.