Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan “Ana duası” filmi oktyabrın 24-də Almaniyanın Münxen şəhərindəki Yəhudi Mədəniyyət Mərkəzində təqdim olunub.

Filmin rejissoru Rüfət Əsədovdur. Ekran əsəri Azərbaycanın Oğuz rayonunda məskunlaşan dağ yəhudilərinin tarixindən bəhs edir. Filmin qəhrəmanı Oğuzda doğulan, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından ravvin Şmuel Simantovdur.