Azərbaycanın Meksikadakı Səfirliyi paytaxt Mexikoda yerləşən “British American School”da BMT Günü (24 oktyabr) münasibətilə keçirilən sərgidə iştirak edib.
Səfirlikdən bildirilib ki, sərgidə Azərbaycanın mədəniyyəti, milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib.
Azərbaycan stendini ziyarət edən müxtəlif yaş qruplarından olan məktəblilərə, məktəbin müəllim heyətinə ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verilib, həmçinin milli mətbəximizin ləziz nümunələri təqdim olunub.
Səfirliyin guşəsi məktəblilərin marağına səbəb olub.