Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 27-də Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında solo konserti keçirilib.
Naxçıvan Dövlət Filarmoniyası Simfonik Orkestrinin müşayiəti ilə gerçəkləşən konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ifa edilib.
Musiqi axşamında Fidan Hacıyevanın Naxçıvan Dövlət Filarmoniyasının solistləri – NMR-in Əməkdar artisti Elçin Nağıyev və İlkin Abdullayevlə duetlər böyük maraqla qarşılanıb.
Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov və Prezident mükafatçısı Cahangir Qurbanovun dirijorlu ilə çıxış edən orkestrin konsertmeysteri Əməkdar artist Nərgiz Əliyeva olub.
Həmçinin gecədə Fidan Hacıyevanın oğlu Çarli Naylor pianoda Fridrix Şopenin “Noktürn” əsərini ifa edib.
Konsertin sonunda Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli səhnə arxasına keçərək kollektivlə görüşüb. Xalq artisti Fidan Hacıyeva dəvətə və təşkilatçılığa görə minnətdarlığını bildirib.