Noyabrın 3-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) “Zəfərimiz qürurumuzdur!” mövzusunda elmi konfrans və sərgi keçiriləcək.

8 Noyabr – Zəfər Gününə həsr olunan konfransda sənətşünas alimlərin çıxışları dinləniləcək. Şanlı Zəfərimizlə bağlı videoçarx və “Kətan, Vətən” adlı sənədli film nümayiş olunacaq.

Sərgidə isə ADRA-nın müharibədə iştirak etmiş tələbələrinin haqq savaşımızı əks etdirən yaradıcılıq nümunələri təqdim ediləcək. Sərgidə 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, ADRA-nın məzunu Samir Kaçayevin də əsərləri yer alacaq.