Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində “Cultech Akademiyası” kursu təşkil ediləcək.
“Cultech Akademiyası” proqramları mədəniyyət texnologiyaları sahəsində fəaliyyət göstərmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib.
Mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursunun nəzdində tələbələrə “Flutter” ilə mobil proqramlaşdırmanın əsasları, tətbiq interfeysinin hazırlanması, vidcet strukturları, mənbələr və alətlərin öyrədilməsi nəzərdə tutulub. Həmçinin artırılmış reallıq (AR) texnologiyalarının əsas prinsipləri və praktiki vərdişlər tədris ediləcək.
“Cultech Akademiyası” kursuna müraciətlər oktyabrın 31-dək edu.creative.az linki vasitəsilə aparılıb.
4 ay müddətinə nəzərdə tutulan kursun sonunda iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.