Müasir İncəsənət Mərkəzində “Vibe of Nature” (“Təbiətin vibrasiyaları”) hesabat sərgisinin açılışı olub. Sərgi bu yaxınlarda bir qrup rəssamın iştirakı ilə Şabranda keçirilmiş eyniadlı simpoziumun yekunudur.

Ekspozisiyaya simpozium iştirakçıları Anar Hüseynzadə, Zümrad Hüseynzadə, Elşən Karaca, Şəbnəm Karaca, Aydın Əsgərov, Anar Bəylər, Saliha Bəylər, Təranə Vaqifqızının əsərləri daxil olub.

Rəssamların Şabrana səfəri barədə çəkilmiş film də göstərilib.

Xatırladaq ki, “Vibe of Nature” simpoziumu Birləşmiş Rəssamlar Klubunun təşəbbüsü və “Çardaq” qrupunun art-platforması ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Rəssamlar İttifaqı və “Shabran Wellbeing Resort” hotelinin dəstəyi ilə təşkil olunub. Layihənin kuratoru rəssam Bəhram Xəlilovdur.