Naxçıvan MR Rəssamlar Birliyinin təşkilatçılığı ilə 27-29 oktyabr tarixlərində Türkiyənin Çorum Bələdiyyəsinin Sənət Qalereyasında “Türkiyə-Azərbaycan qardaşlığı” adlı rəsm sərgisi keçirilib.
Sərgi Ulu öndər Heydər Əliyevin anadan olmasının, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə və Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20-ci ildönümünə həsr olunub.
Sərgidə naxçıvanlı 40 rəssamın 100 əsəri türkiyəli sənətsevərlərə təqdim edilib. Sərginin açılış mərasimində tədbirin təşkilatçısı, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Nilgün Ayşecik Çevik, birliyin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri Həbibə Allahverdiyeva, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, Çorum Şəhər Bələdiyyəsinin sədri Halil İbrahim Aşqın çıxış edərək Türkiyə ilə Azərbaycanın tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıblar.