Oktyabrın 31-də paytaxtdakı 159 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin bir qrupu F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya edib. Kitabxananın əməkdaşı məktəbliləri bilik ocağı ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi barədə məlumat verib. Həmçinin oxucuların dünyagörüşünün artırılmasında mütaliənin əhəmiyyəti vurğulanıb. Məktəblilər kitabxananın kiçik oxu zalında Lurusun dinozavrlar haqqında ensiklopediyası ilə tanış olublar. Kitabda dinozavrlar, onların növləri, təsnifatı, qidalanması, yaşayış yerləri haqqında məlumat yer alıb.
Uşaqlar kitabxanadan zəngin təəssüratla ayrılıblar.