Milli mətbuatımızın banisi, görkəmli maarifçi, pedaqoq, təbiətşünas-alim, ictimai xadim, mütəfəkkir Həsən bəy Zərdabi (1842-1907) haqqında yeni kitab işıq üzü görüb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə “Zərdabi dövri mətbuat səhifələrində (2015-2017)” adlı kitab çapdan çıxıb.
Yeni nəşrin tərtibçisi və ön söz müəllifi Əlyazmalar İnstitutu Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovadır.
Kitabın elmi məsləhətçisi institutun icraçı direktoru filologiya elmləri doktoru, dosent Paşa Kərimov, redaktoru isə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Kitabda Həsən bəy Zərdabi haqqında 2015-2017-ci illərdə dövri mətbuatda nəşr edilən müxtəlif səpkili materiallar yer alıb.