Elmi ekspedisiyaların təşkili və aparılması qaydalarında dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.
Qərara əsasən, elmi ekspedisiyaların təşkili və aparılması Qaydalarında bir sıra normalar dəyişdirilib, o cümlədən ekspedisiyaların xüsusiyyətləri nəzərə alınaraq, arxeoloji ekspedisiyaların fəaliyyət müddəti artırılaraq ən çox 60 gün, bu ekspedisiyalara mülki-hüquqi müqavilə əsasında cəlb edilən şəxslərin sayı artırılaraq 10 nəfərdən çox olmamaqla müəyyən edilib. Eyni zamanda bəzi kateqoriya üzrə işçilərin əməyinin ödənilməsi, nəqliyyat vasitələrinin, bina və mənzillərin icarə haqqının, nəqliyyat vasitəsi üçün yanacaq və sürtkü materialları xərclərinin normaları artırılıb.