Moskva şəhərində Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu tərəfindən “Mədəni irsin tədqiqi və konservasiyası” mövzusunda növbəti beynəlxalq elmi-metodiki konfrans keçirilib.
Konfrans bərpa sahəsində bir çox monoqrafiyaların müəllifi, görkəmli rus alimi Yuri Qrenberqin xatirəsinə həsr olunub.
Azərbaycanı tədbirdə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova təmsil edib. Mərkəzdən bildiriblər ki, konfransın açılışında Zərifə Məlikovanın “İlk bərpaçı-rəssam” mövzusunda məruzəsi dinlənilib.