Yaxın vaxtlarda Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu noyabrın 2-də keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək hər cür təması dəstəkləyir.
“Biz öz tərəfimizdən çıxış edərək bildiririk ki, ikitərəfli münasibətlərin normallaşdırılmasının yol xəritəsi 2020-2022-ci illər dövründə əldə olunan üçtərəfli razılaşmalar kompleksidir. Buraya iki ölkə arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və digər məsələlər daxildir”, – deyə RF XİN-in rəsmi nümayəndəsi əlavə edib.