AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Heydər Əliyev və Şuşa” adlı məruzə ilə çıxış edib. Məruzədə 1970-ci illərdə Heydər Əliyevin Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin qorunmasına, bərpasına qayğısı, qəbul edilən qərarlar təhlil olunub.
Konfransa AMEA-nın bir sıra institutları, Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, Kanada və Ukraynadan ümumilikdə 80-dən çox alim və tədqiqatçının məruzələri təqdim olunub. Şuşanın tarixi keçmişi, şəhərin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər, xarici tədqiqatçılar Şuşa şəhəri haqqında, Qafqazın mədəniyyət tarixində Şuşanın yeri və digər məsələlərə dair məruzələr 6 bölmə iclasında dinlənilib.